"Düşünürəm ki, hər kəs bu trasda yarışmağı səbirsizliklə gözləyirdi. Ümumiyyətlə, bütün sürücülər burada mübarizə apararkən xüsusi həyəcan yaşayırlar. Bakı trasında yarışmaq həqiqətən də maraqlıdır".
Oxu.Az xəbər verir ki, bunu "McLaren" komandasının pilotu Oskar Piastri Bakıda keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisi öncəsi təşkil olunan mətbuat konfransında deyib.
Avstraliyalı pilot Bakıya gəlməyin hər zaman xoş olduğunu bildirib:
"Bura gəlmək həmişə çox gözəldir. Bu, sürücüdən böyük inam tələb edən trasdır. Şəhər trası olmasına baxmayaraq, burada fərqli xüsusiyyətlər var. Çoxlu döngələr mövcuddur. Ümid edirəm ki, bu dəfə yarış bizim üçün daha uğurlu alınar".
Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda keçiriləcək.