Naberejnıye Çelnıda (Rusiya Federasiyası) uşaqları üçün qeyri-adi ad seçimi ilə tanınan böyük Suxovlar ailəsi yeni doğulan oğluna Mir-Svyatomir-Vladimir adını verib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, uşaq aprelin 7-də Kazan doğum evində dünyaya gəlib.
Oğlunun doğulmasından əvvəl ailə başçısı Vladimir Suxovun üç fərqli qadından 14 uşağı var idi: üçü birinci, beşi isə ikinci evlilikdən doğulub.
V.Suxovun indiki həyat yoldaşının adı Roduşkadır. 2023-cü ildə cütlüyün Rossiya-Svyatosiya-Svyatorossiya adını verdikləri bir qızı dünyaya gəlib.
Uşaqlar arasında digər adlar isə Rod-Priroda-Roduşka, Dobrınya, Svyatoslav və Slavyanidadır.