Pakistanın şimal-qərbində Paraçinar şəhərində baş verən partlayış zamanı 24 nəfər ölüb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, hadisə zamanı təxminən 100 nəfər xəsarət alıb.
Partlayış bölgənin ən iri şəhərlərindən birində yerli bazarda baş verib.
Hələlik partlayışın dəqiq səbəbi məlum olmasa da, yerli siyasətçilər ehtimal edirlər ki, söhbət terror aktından gedir.
S.B.
www.oxu.az