Pakistanın şimali-şərqində partlayış olub. Partlayış zamanı ən azı on nəfər ölüb, səkkiz nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Oxu.Az bu barədə Reuters-ə istinadən xəbər verir.
Partlayıcı qurğu mikroavtobusun yanında işə düşüb.
Hələlik regionda fəaliyyət göstərən heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
N.О.
www.oxu.az