Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Pakistanın keçmiş baş naziri İmran Xan və həyat yoldaşına hökm oxunub
Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri, müxalif “Ədalət hərəkatı” partiyasının lideri İmran Xanı və onun həyat yoldaşı Büşra Bibini korrupsiya və xaricdən göndərilən hədiyyələrin satışı ilə bağlı cinayət işi üzrə 14 il həbs cəzasına məhkum edib.
Bundan əvvəl Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə xüsusi məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər.
Qeyd edək ki, Xan 2018-22-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı etimadsızlıq votumu nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
Mənbə: TASS
Rəylər