Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Pakistanın keçmiş baş nazirinin həyat yoldaşı onlarla terror aktında ittiham olunur
Pakistanın Ravalpindi şəhərinin polisi və prokurorları keçmiş baş nazir İmran Xanın həyat yoldaşı Büşra Bibiyə qarşı 11 terror aktı üzrə ittihamları Pakistan Ali Məhkəməsinə göndəriblər.
Bu barədə Oxu.Az "Dawn" qəzetinə istinadən bildirir.
Məlumata görə, Bibi, əsasən, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargahına hücumda və hərbi obyektin yandırılmasında, Xidmətlərarası Kəşfiyyatın ofisinə hücumda, hökumət əleyhinə iğtişaşlara çağırışlarda və Xanın lideri olduğu Ədalət Uğrunda Hərəkat müxalifət partiyası tərəfdarlarının 9 may 2023-cü ildə keçirilən etiraz aksiyaları zamanı vandalizm aktlarında ittiham olunur. İttihamlar polisin Bibiyə qarşı bir il əvvəl qeydə aldığı cinayət işlərinə əsaslanır.
Məhkəmənin terrorçuluq ittihamlarına baxması və bu cür cinayətlərə görə cəza kəsməsi halında əvvəllər yalnız nikah qanununu pozmaqda ittiham olunan Xanın 44 yaşlı arvadının vəziyyəti ciddi şəkildə çətinləşə bilər. Bu, Adiala həbsxanasında saxlanılan keçmiş baş nazirin özünə də güclü zərbə olacaq.
Xatırladaq ki, yanvarda siyasətçi dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib, fevralda Xan və Bibi qeyri-qanuni nikaha girdikləri üçün 7 il həbs cəzası alıblar. Daha sonra hər iki hökm ləğv edilib.
Nazirlər Kabinetinin keçmiş rəhbəri bu ay müxtəlif cinayətlərə görə 12 yeni ittiham irəli sürüldükdən sonra hələ də həbsdə qalır.
"Pakistan" teqi üzrə xəbərlər
- Pakistanda nəzarət-buraxılış məntəqəsi terrorçuların əlinə keçdi: Ölənlər və yaralananlar var
- Pakistan vətəndaşı Bakıda hamamda öldü
- Pakistanda güclü zəlzələ olub
- Pakistanda tayfalar arasında qarşıdurma: Ölənlərin sayı 100-ü keçdi
- Pakistanda güclü toqquşmalar: İmran Xanın tərəfdarları paytaxta girməyə çalışırlar
Rəylər