Panama sahillərində 6.2 bal gücündə zəlzələ baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar Burika bölgəsinə 206 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin episentri yerin təqribən 10 kilometr dərinliyində yerləşib.
Yeraltı təkanlar nəticəsində insan itkisi və dağıntılar barədə məlumat daxil olmayıb, sunami xəbərdarlığı edilməyib.