"Biz bugünkü Azərbaycanı Heydər Əliyevə borcluyuq. Bu gün şəxsiyyət vəsiqəsində "azərbaycanlı" yazılmasını da məhz ona borcluyuq".
Bu fikirləri millət vəkili Elşən Musayev jurnalistlərə açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, əgər Heydər Əliyev olmasaydı, Azərbaycan parçalanacaqdı:
"Bugünkü Azərbaycan ulu öndərin xəyallarındakı ölkədir. Onun bütün arzuları gerçəyə çevrilib".
Deputat, həmçinin Azərbaycan xalqına təşəkkürünü ifadə edib:
"Xalqımızın müdrikliyinə minnətdaram ki, bu siyasəti uzun illərdir dəstəkləyirlər".
Deputat: "Bugünkü Azərbaycan ulu öndərin xəyallarındakı ölkədir"