"ABŞ Avropaya 17 ədəd "Patriot" hava hücumundan müdafiə (HHM) kompleksi göndərməyə hazırlaşır, onların çox hissəsi sonradan Ukraynaya çatdırılacaq".
Oxu.Az RBK-ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, "Patriot" sistemlərinə malik bir neçə ölkə HHM komplekslərini Ukraynaya verəcək, əvəzində ABŞ onlar üçün yenilərini istehsal edəcək.
Trampın sözlərinə görə, Ukraynaya silah tədarüklərini Avropa ölkələri ödəyəcək.