Fransanın paytaxtı Parisdə Orli hərbi hava limanında xidməti vəzifəsini yerinə yetirən hərbçilərə naməlum silahlı şəxs hücum etməyə səy göstərib.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, təkbaşına fəaliyyət göstərən kişi hərbçilərə hücum edib. O, hərbçilər tərəfindən hadisə yerində zərərsizləşdirilib.
Polis tərəfindən hava limanında axtarış aparılır. Hadisənin terror olub-olmadığı araşdırılır.
Bundan əlavə, Fransa Daxili İşlər Nazirliyi Parisin şimalında polis məntəqəsinə silahlı hücum barədə məlumat yayıb. Hücum nəticəsində üç polis əməkdaşı yaralanıb.
S.B.
www.oxu.az