Fransa paytaxtı Parisin ətrafında yerləşən Levallua-Perre kommunasında “Sentinelle” əməliyyatında iştirak edən hərbçilərə hücum edilib.
Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, naməlum şəxs və ya şəxslər avtomobili hərbçilərin üzərinə sürüblər.
Yerli polis 6 hərbçinin yaralandığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.
Hazırda polis hücumda istifadə edilən avtomobili axtarır.
İ.F.