Parisin mərkəzində yaşayış binalarının birində baş verən qaz partlayışı nəticəsində xəsarət alanların sayı 17 nəfərə çatıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi yanğın xidmətinə istinadən məlumat yayıb.
Daha öncə beş nəfərin xəsarət almasına dair məlumat yayılmışdı.
Mətbuat xidmətinin məlumatına istinadən yaralananlar arasında 11 nəfər yanğınsöndürən var, onlardan birinin vəziyyəti ağırdır. Xəsarət alan digər şəxslər binanın sakinləridir.
16:01
Parisdə yaşayış binasında qaz partlamasından beş nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Polis partlayışa yanğının səbəb olduğunu təsdiqləyib.
15:11
Parisin mərkəzində partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı şahidlərə istinadən “Le Nouvel Observateur” qəzeti yayıb.
Bildirilir ki, partlayış mənzillərdən birində baş verib.
Hadisə yerinə yanğınsöndürən və xilasedicilər gəliblər. Binaya gedən yollar bağlanılıb.