ABŞ müdafiə naziri Pit Heqset ilk dəfə Ukraynaya yardımın koordinasiyası üçün yaradılmış beynəlxalq əlaqə qrupunun iclasında iştirak etməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "The Associated Press" (AP) agentliyi məlumat yayıb.
Bildirilir ki, Heqset iclasa videobağlantı vasitəsilə də qoşulmayacaq.
AP bunu ABŞ-nin Ukraynadakı hərbi əməliyyatlardan uzaqlaşmaq üçün atdığı son addımlardan biri kimi qiymətləndirir.