İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri xəsarət alan amerikalı hərbçilərin ümumi sayı 861 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ qüvvələrinin verdiyi itkilərlə bağlı Pentaqonun dərc etdiyi son hesabatda qeyd olunub.
Məlumata əsasən, fevralın sonlarında İrana qarşı başladılan "Epik qəzəb" adlı ABŞ əməliyyatı zamanı 418 amerikalı hərbçi yaralanıb, 14 nəfər isə həyatını itirib. ABŞ rəsmiləri bu əməliyyatın mayın 5-də başa çatdığını elan etmişdilər.
Bununla yanaşı, Pentaqon iyulun 7-dən indiyədək xarici ölkələrdə keçirilən əməliyyatlarda qeydə alınan itkilərin ayrıca statistikasını aparır. Həmin əməliyyatların konkret hansı ərazilərdə aparıldığı bildirilmir. Açıqlanan rəqəmlərə görə, bu müddət ərzində ABŞ-ın 5 hərbçisi ölüb, 443-ü isə yaralanıb.