Peru Limadakı Şimali Koreya səfiri Kim Hak Çolu “persona non-qrata” elan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat sentyabrın 11-də Peru XİN-nin rəsmi saytında yerləşdirilib.
Səfirə ərazisini tərk etmək üçün beş gün vaxt verib.
Qərar Şimali Koreyanın nüvə proqramına etiraz olaraq qəbul edilib.
“KXDR-in nüvə proqramı beynəlxalq normaları açıq şəkildə pozur və bütün dünya üçün ciddi təhlükə yaradır”, - qurumun məlumatında deyilir.
Xatırladaq ki, oxşar qərar sentyabrın 7-də Meksika tərəfindən də qəbul olunub.
S.B.
www.oxu.az