Peruda sağçı "Xalq gücü" partiyasını təmsil edən Keyko Fuximori ölkədə baş tutan prezident seçkisinin qalibi olub.
Oxu.Az xəbər verir ki, bu barədə Seçki Prosesləri üzrə Milli İdarə (ONPE) məlumat yayıb.
Qurumun rəsmi məlumatlarına əsasən, Fuximori ümumi səslərin 50.135%-ni qazanıb. Onun əsas rəqibi, "Peru üçün birlikdə" siyasi təşkilatından olan Roberto Sançes isə səslərin 49.865%-ni toplayıb.
Fuximori ölkə tarixində ən ali dövlət vəzifəsinə demokratik seçki yolu ilə gələn ilk qadın kimi tarixə düşüb.
Qaynar xətt:
(055) 224 12 12