"Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın və Volodimir Zelenskinin üçtərəfli görüşü yaxın vaxtlarda çətin ki mümkün olsun, belə təmaslar texniki razılaşmaların nəticəsi olmalıdır".
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqların yekununu şərh edərkən bildirib.
O qeyd edib ki, Rusiya prezidenti dəfələrlə ən yüksək səviyyədə təmaslara hazır olduğunu vurğulayıb:
"Prezident Putin təmaslar ideyasını dəstəkləyir, lakin onların yaxşı hazırlanmalı olduğunu düşünür".