Polşa Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qaçırılması ilə bağlı siqnal respublikada həyata keçirilən təlimin bir hissəsi olub.
Bu barədə TASS-a Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığının mətbuat xidmətinin nümayəndəsi Adriana Volınskaya məlumat verib.
“Bu, 17-21 may tarixlərində keçirilən “Renegade-Sarex” taktiki təliminin terrorizmə qarşı təlimlər çərçivəsində bir epizodu idi”, -deyə o bildirib.
13.42
Polşa Hava qüvvələrinə məxsus “Boeing 737-86 X” təyyarəsi qaçırılması ilə bağlı işarə verib.
Bu barədə “OpenSky Alerts” portalı məlumat yayıb.
Pilot dispetçerə təyyarənin qaçırılmasını bildirən “7500” kodunu göndərib.
Təyyarə Çexiya ilə sərhəd yaxınlığında, Polşa üzərindən uçub. Onun göyərtəsində Polşa hərbi komandanlığının nümayəndələrinin olması ehtimal edilir.
Hadisə barədə rəsmi məlumat verilməyib.