Ukraynanın sabiq prezidenti Petro Poroşenko Rusiyanın “nədən qorxduğunu” sadalayıb.
Bu barədə o özünün “facebook” səhifəsində yazıb.
Onun fikrincə, Rusiya Ukraynanın birliyindən və Avropaya inteqrasiyasından qorxur.
“Rusiyanı bizim birliyimiz və qətiyyətimiz kimi qorxuya salan heç nə yoxdur. Ukraynanın Avropa və Avroatlantik sistemə tam inteqrasiyası Rusiyanın aqressiyası üçün ən böyük təhlükədir”, - deyə Poroşenko yazıb.