Ukrayna prezidenti Petro Poroşenko yerüstü hədəflərin dəf edilməsi təyinatlı Ukrayna istehsalı olan yeni raketin uğurlu sınağından danışıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti məlumat yayıb.
“Ukrayna müdafiə sənayesi” (“Ukroboronprom”) Ukraynanın Hərbi Hava Qüvvələri üçün yeni raket hazırlayıb. 57 mm kalibrli raketlər yerüstü hədəflərin dəf edilməsi üçün nəzərdə tutulub, helikopter və təyyarələrin silahlanması üçün layihələndirilib”, - Poroşenko Facebook hesabında yazıb və yeni silahın sınağının əks olunduğu videonu paylaşıb.
Dövlət başçısı qeyd edib ki, raketin sınağı uğurlu keçib. Sınaqların keçirildiyi zaman yeni mühərriklə təchiz edilmiş “Adros” helikopteri təyin edilmiş hədəfləri dəf edib.
“20 raketdən ibarət bloku atmaq üçün yalnız yarım saniyə lazımdır”, - prezident əlavə edib.
N.О.
www.oxu.az