Ukrayna prezidenti Petr Poroşenkoya pensiya yaşını 120-yə, həqiqi hərbi xidmətə çağırılma yaşını isə 100-ə qədər artırmaq təklif edildi.
Oxu.Az UNN-ə istinadən xəbər verir ki, müvafiq petisiya Ukrayna prezidentinin saytında qeydiyyatdan keçirilib.
“Hökumətin pensiyaçıları təminetmə və hərbi əməliyyatları dəstəkləmə problemi olduğu üçün pensiya yaşını 120, orduya çağırış yaşını isə 100-ə qədər artırmağı təklif edirəm. Bu xalqı tədricən məhvetmə problemini həll edəcək”, - petisiyanın mətnində deyilir.
Petisiya ilə Vitali Sakun çıxış edib.
Petisiya fevralın 7-də qeydiyyatdan keçib və lazımi 25 min səsdən 8-ni toplayıb. Petisiyanın imzalanması üçün 88 gün qalıb.
N.O.
www.oxu.az