Portuqaliyanın mərkəzi hissəsində baş verən meşə yanğınları zamanı ən azı 64 nəfər ölüb, daha 136 nəfər isə xəsarət alıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə bazar ertəsi, iyunun 19-da, Cofina Media qəzeti məlumat yayıb.
Ölənlərdən dördünün uşaq olduğu bildirilir. Xəsarət alanlardan biri hərbçi, on üçü yanğınsöndürən, yüz iyirmi biri isə dinc sakindir.
Yanğınlarla mübarizəyə ümumilikdə 600 yanğınsöndürən və 190 ədəd xüsusi texnika cəlb olunub.
S.B.
www.oxu.az