“Qatar Airways” şirkətinin təyyarəsi Azor adasının hərbi bazasında məcburi eniş edib, sərnişinlər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Emirates 24/7” portalına istinadən RİA Novosti məlumat yayıb.
“Boeing 777” təyyarəsi Dohaya uçurdu, qasırğaya görə marşrutunu dəyişməli olub.
Şahidlərin sözlərinə görə, bir neçə sərnişin xəsarət alıb, bir sərnişinin ürəyində problem yaranıb.
Sərnişinlər hotelə çatdırılıblar və bazar ertəsi marşrut üzrə uçuşlarını davam etdirəcəklər. Üç sərnişin xəstəxanaya yerləşdirilib.
N.O.
www.oxu.az