Rusiya prezidenti Vladimir Putin strateji nüvə qüvvələrinin idarə edilməsi bağlı məşqdə iştirak edib.
Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə əsasən, Putin 4 ballistik raketin buraxılışını həyata keçirib.
Məşq zamanı Şimal və Sakit Okean donanmalarının nüvə sualtı qayıqlarının, Hərbi-Kosmik Qüvvələri aviasiyasının təlimləri keçirilib.
Məlumata əsasən, təlimlər uğurla həyata keçirilib.
N.O.