Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin nüvə döyüş sursatlarının qorunmasına və xidmətinə cavabdeh olan 12-ci baş idarəsinin rəisi general-leytenant Yuriy Sıçı tutduğu vəzifəsindən azad edib.
Bu barədə Oxu.Az Kommersant-a istinadən xəbər verir.
Nəşrin məlumatına əsasən, general səhhəti ilə əlaqədar olaraq, özü istefa verib.
MNBİ-nin rəhbəri vəzifəsini müvəqqəti olaraq Sıçın müavini, general-mayor İqor Kolesnikov icra edəcək.
N.O.