Putinin qızları siyasət və ya iri bizneslə məşğul olmurlar. Onların fəaliyyəti elm və təhsillə bağlıdır.
Oxu.Az Pravda.ru-ya istinadən xəbər verir ki, bu barədə RF prezidenti amerikalı rejissor Oliver Stouna verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, o, qızları və nəvələri ilə nadir hallarda görüşür. Oliver Stounun “Showtime” telekanalı üçün hazırladığı müsahibəsi zamanı "Nəvələrinizi sevirsinizmi?" sualına Rusiya prezidenti “Həm də çox”, - deyə cavab verib.
Həmçinin Rusiya prezidenti valideynləri haqda da danışıb: “Mən onların gec gələn uşaqları oldum. Buna qədər valideynlərim iki uşaqlarını itirmişdilər. Onlardan biri Leninqradın blokdası zamanı həlak olmuşdu”.
Boris Yeltsin ilə birgə iş barədə də sual olub. Putin etiraf edib ki, sabiq prezident ona baş nazir olmağı təklif etsə də, o, bu təklifdən imtina edib. Qəbul edilən qərar mürəkkəb olsa da, onu maraqlandıran ilk şeyin uşaqlarının təhlükəsizliyi olduğunu bildirib.
“Məni tutduğum vəzifədən azad etsəydilər, nə olacağını düşünə bilirsiniz? Mühafizə yox, heç nə yox, necə yaşayım, ailəmin təhlükəsizliyini necə təmin edərdim?”, - Putin deyib.
Xatırladaq ki, Putin amerikalı rejissor Oliver Stouna müsahibə verib. Çəkilişlər bəzən bir neçə saat çəkib. Nəticədə dörd seriyalı sənədli film meydana çıxıb. Filmin premyerası ABŞ-da bu gün baş tutacaq.
S.S.
www.oxu.az