Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Putinin əmlakı və gəlirləri məlum oldu
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizəd, hazırkı dövlət başçısı Vladimir Putinin əmlakı və gəlirləri barədə məlumat yayıb.
Məlumata görə, Putinin altı il ərzində ümumi gəliri 67 milyon 591 min 875 rubl (750 min ABŞ dolları) təşkil edib. Həmçinin, onun adına Moskvada (153,7 kvadratmetr) və Sankt-Peterburqda (77 kvadratmetr) mənzil, eləcə də qaraj (18 kvadratmetr) və üç avtomobil var.
Habelə, Vladimir Putinin 54 416 604,52 rubl (təxminən 604 min ABŞ dolları) ümumi vəsaiti olan 10 bank hesabına və “PJSC Bank Sankt-Peterburq”un 230 səhminə (bir səhmin nominal dəyəri 11,81 rubl) sahibdir.
Mənbə: 1prime.ru
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Ukrayna MSK rəhbəri: "Prezident seçkisinin vaxtını uzatmaq olmaz"
- Sabah partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etmələri üçün müddət başa çatır
- Məntəqə seçki komissiyasının üzvləri: "Yanvarda almalı olacağımız əməkhaqqı hələ də verilməyib"
- USAID, "Amerikanın səsi" və "Azadlıq Radiosu"nun layiq olduğu məntiqi son
- Məzahir Pənahov: "Mayın sonunda 2025-ci il üçün seçici siyahısı təsdiq olunmalıdır"