Türkiyənin Bitlis vilayətində hərbçiləri aparan qatarın vaqonlarının birində qapının qopması nəticəsində 5 hərbçi xəsarət alıb.
Oxu.Az-ın Trend-ə istindən verdiyi məlumata görə, hərbçilərdən birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Qeyd olunur ki, qatarda hərbi hissələrin biri üçün hərbi yük daşınırmış.
Xəsarət alan hərbçilər xəstəxanaya yerləşdirilib.
İ.F.