Qərbi Afrikada yerləşən Kabo-Verde ada dövlətində avtobusun dərəyə aşması nəticəsində azı 22 nəfər, əsasən yuxarı sinif şagirdləri və tələbələr həlak olub.
Oxu.Az bu barədə "Lusa" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, daha 18 məktəbli xəstəxanaya yerləşdirilib. Onların yaşı 6 ilə 11 arasındadır. Dörd nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Avtobus Foqu adasında ekskursiyadan qayıdırmış. Kampanas-de-Sima şəhəri yaxınlığında nəqliyyat vasitəsi yoldan çıxaraq təxminən 30 metr yüksəklikdən dərəyə yuvarlanıb.
Hadisə yerində qəzanın səbəblərini müəyyənləşdirmək üçün mütəxəssislərdən ibarət qrup çalışır.
Foqu adasının hakimiyyət orqanları iki günlük matəm elan edib.