Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qırğızıstan prezidenti Rəcəb Tayyib Ərdoğanı respublikanın ali mükafatı ilə təltif etdi
Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı respublikanın ali dövlət mükafatı - birinci dərəcəli "Manas" ordeni ilə təltif edib.
Bu barədə Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir.
Məlumata görə, orden Bişkekdə "Intımak Ordo" Prezident Administrasiyasının yeni binasında liderlərin görüşü zamanı təntənəli şəkildə təqdim edilib.
Japarovun sözlərinə görə, orden Ərdoğanın Qırğızıstan və Türkiyə arasında əlaqələrin dərinləşməsinə verdiyi böyük töhfəyə görə təqdim olunub.
Qeyd edək ki, birinci dərəcəli "Manas" ordeni Qırğızıstanın ən yüksək mükafatıdır. Bu mükafat ölkənin və demokratik cəmiyyətin, xalqın birliyinin qorunması və möhkəmləndirilməsi, dövlətin iqtisadi, intellektual və mənəvi potensialının artırılması sahəsində müstəsna xidmətlərə görə verilir.
"Qırğızıstan" teqi üzrə xəbərlər
- Qırğızıstan prezidenti sabiq ölkə başçısının qohumlarına xəbərdarlıq edib: "Həbs olunacaqsınız"
- Qırğızıstan Tacikistanla münaqişəli əraziləri mübadilə edib
- Mərkəzi Asiya ölkələri futbol üzrə qitə kubokunu birlikdə keçirmək istəyirlər
- AZAL təyyarəsinin qəzası üzrə hesabat nə vaxt tamamlanacaq? - AÇIQLANDI
- Qırğızıstanda 7 avtomobil qar uçqununa düşdü