Qırğızıstanda 4.1 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az repost.uz-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 15:31-də qeydə alınıb. Zəlzələnin episentri Batken şəhərində yerləşib. Yeraltı təkanlar 10 km dərinlikdə baş verib. Episentrdə yeraltı təkanların gücü 5 bal olub.
Zəlzələ, həmçinin Özbəkistanda da hiss olunub.
İlk yeraltı təkanlar (4.6 bal) avqustun 25-də yerli vaxtla saat 22:59-da qeydə alınıb.