Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm
ABŞ-nin Luiziana ştatında quş qripinin ağır forması ilə kritik vəziyyətdə xəstəxanaya yerləşdirilən xəstə vəfat edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Hill" xəbər yayıb.
Məlumatlarda qeyd olunur ki, bu, ABŞ-də H5N1 quş qripi virusundan ilk insan ölümü hadisəsidir.
Vəfat edən şəxsin yaşı 65-dən yuxarı olub. O, vəhşi və ev quşları ilə təmasda olduqdan sonra quş qripinə yoluxub.
O da vurğulanır ki, xəstənin ölümü haqqında xəbər Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin ötən ay Luizianadan olan xəstədə virusun mutasiyaya uğradığını və daha yoluxucu olduğunu bəyan etməsindən sonra yayılıb.
Nəşr qeyd edir ki, ABŞ-də H5N1 virusuna insanlar arasında ən azı 66 yoluxma halı qeydə alınıb. Luiziana hadisəsi istisna olmaqla, bunların hamısı yüngül formada - tənəffüs simptomları və ya konyunktivitlə müşahidə olunub. Yoluxma hallarının əksəriyyəti mal-qara və ya quşlarla təmasdan qaynaqlanıb.
"Quş qripi" teqi üzrə xəbərlər
- AQTA: "Azərbaycanda quş qripi xəstəliyinə rast gəlinməyib"
- Quş qripi təkamül edir: Yeni mutasiyalar mütəxəssislərin narahatlığına səbəb oldu
- Quş qripi xəstəliyi ilə bağlı bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
- Cənubi Amerikada dəniz fillərinin koloniyaları məhv oldu: Virusun insana keçmə təhlükəsi yaranıb
- ÜHST: "Azərbaycanda yüksək patogen quş qripi xəstəliyi yoxdur"
Rəylər