Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Quşların gizli həyatı: Boşluq tap, müharibədə qalib ol
"Yuvalarını ancaq hazır ağac boşluqlarında quran dişi quşlar digər növlərlə müqayisədə daha aqressiv olurlar".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Nature Ecology & Evolution" jurnalında yayımlanan araşdırmada qeyd olunur.
Özləri yuva qura bilməyən dişi quşlar ağac gövdələrindəki, hasarlardakı və ya qayalıqlardakı mövcud boşluqları axtararaq orada məskunlaşmağa məcbur qalırlar. Belə sığınacaqlar nadir və məhdud olduğu üçün, bu resursları itirmək onların çoxalma imkanlarını təhlükə altına salır. Nəticədə, bu quşlar yuvalarını daha aqressiv şəkildə müdafiə edirlər.
Alimlər qaranquşlar, sərçələr, bülbüllər, cırtdan quşlar və digər növləri tədqiq edərək müxtəlif yuvalama strategiyalarını müqayisə ediblər. Araşdırmanın nəticələrinə əsasən, quşların aqressiv davranışına əsasən yuva qurma üsulu təsir edir. Nəsil yaxınlığı və ya testosteron səviyyəsi isə bu baxımdan daha az rol oynayır.
Ən aqressiv davranışlar məhz dişi quşlarda müşahidə olunub.
Genetik analizlər isə göstərib ki, bütün növlərdə aqressivliyə cavabdeh ümumi gen yoxdur. Hər bir növün aqressivliyə səbəb olan özünəməxsus gen kombinasiyası mövcuddur.
"elmi tədqiqat" teqi üzrə xəbərlər
- Məntiqimiz və yaradıcılıq qabiliyyətimiz barədə gözlənilməz açıqlama: İllərlə səhv bilmişik
- Cırcıramaları "Top Gun" filminin saundtrekinin ifasına məcbur etdilər
- Borneodan Asiyaya "portal": İki milyon yaşı olan ağacın sirri açıldı
- Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər
- Alimlər xəbərdarlıq edir: 40 ildən sonra Yer kürəsində buz dövrü başlayacaq