Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS sammitində iştirak etmək üçün Kazana gedib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
R.T.Ərdoğan səfər çərçivəsində BRICS sammitində iştirak edəcək, eləcə də tədbirdə iştirak edən bir sıra hökumət və dövlət başçıları ilə görüşlər keçirəcək.
Səfər çərçivəsində Türkiyə prezidentinin Vladimir Putinlə təkbətək görüşü də nəzərdə tutulub.
Türkiyə liderinin Kazana səfəri iki gün davam edəcək.
Rəcəb Tayyib Ərdoğan Kazana gedib
Rəylər