Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sədr müavini: "İnvestisiya çatmadığı üçün hələ də kanalizasiya şəbəkəsi olmayan ərazilər var"
"Bakıda mərkəzləşdirilmiş kanalizasiya sistemlərinə qoşulmayan ərazilərlə bağlı Bakı Master planına uyğun olaraq işlər aparılır".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı deyib.
O bildirib ki, bu işlərin görülməsi böyük investisiya tələb edir:
"Biz daxili imkanlar hesabına hər hansı layihələr həyata keçirsək də, böyük layihələrə investisiya çatmadığı üçün hələ də Bakının ətrafında kanalizasiya şəbəkəsi olmayan ərazilər var. Buna Sabunçu, Binəqədi, Bağlar Massivi, Suraxanı və s. misal göstərmək olar. Mərhələli formada işlər davam etdirilir".
O, həmçinin bildirib ki, Bakı şəhərinin Master planına uyğun olaraq, hökumətin təsdiq etdiyi layihələrdən biri də yağış sularının toplanması və təkrar istifadəsi ilə bağlıdır:
"Bununla bağlı Ələt Azad İqtisadi Zonasında dövlət tərəfindən işlər aparılıb. Orada yağış sularının toplanması ilə bağlı xüsusi rezervuarlar hazırlanıb. İlkin mərhələyə başlanıb".
C.Cabbarlı suyun duzsuzlaşdırılması ilə bağlı layihələndirmə işlərinin görüldüyünü deyib:
"Suyun duzsuzlaşdırılması ilə bağlı layihələndirmə işləri aparılıb. Şirkətlər təyin olunub. Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən işlər aparılır".
Aygün Mirakif
"Kanalizasiya problemi" teqi üzrə xəbərlər
- Əmircan sakinlərindən ŞİKAYƏT: "Deyirlər, kanalizasiya çəkməyə pulumuz yoxdur"
- Masazır sakinləri vahimədə: Həyətlərini QANLI SU basıb
- Sulutəpə qəsəbəsində həyətləri su basdı, küçələr KEÇİLMƏZ OLDU
- Qubada çirkab suları evlərin həyətinə doldu
- Mingəçevirdə kanalizasiya xəttində baş vermiş problem aradan qaldırıldı
Rəylər