Moskvada saxlanılan Belarus vətəndaşı, “Regnum” İnformasiya Agentliyinin şef-redaktoru Yuri Barançik Rusiya hakimiyyətinə siyasi sığınacaq üçün müraciət edib.
Oxu.Az bu barədə “Regnum”a istinadən xəbər verir.
Rusiyanın paytaxt polisi beynəlxalq axtarışda olan Belarus vətəndaşını saxlayıblar. Hazırda onun Belarusa verilməsi məsələsi həll olunur.
Rusiyanın hüquq-mühafizə orqanında olan mənbə bildirib ki, Barançik Belarusa təhvil veriləcək.
N.О.
www.oxu.az