Dekabrın 31-də İstanbulda “Reina” gecə klubunda törədilən terror aktı ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 13 nəfər saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, “Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, saxlanılan 13 şübhəli şəxsdən 10-u prokuror tərəfindən dindirildikdən sonra həbs olunmaq tələbi ilə məhkəməyə sövq edilib.
Xatırladaq ki, “Reina”da törədilən terror nəticəsində 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.
U.A.
www.oxu.az