Rus dilini bilən xaricilər, artıq Rusiyaya giriş və Rusiya vətəndaşlığı üçün xüsusi viza ala bilərlər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, müvafiq qərarlar Nazirlər Kabinetinin saytında dərc edilib.
Daha öncə rus dilini bilən xarici vətəndaşlar üçün Rusiya vətəndaşlığının təqdim edilməsinə dair Rusiya qanunvericiliyinə düzəlişlərin edilməsi barədə qərar təsdiq edilib. Dəyişikliklər məsələn, bu kateqoriya xaricilər üçün vətəndaşlıq almağın müddətinin qısaldılmasını, ölkədə müvəqqəti yaşamaq hüququndan yan keçərək yaşayışın rəsmiləşdirilməsini nəzərdə tuturdu. Düzəlişlərdə belə xaricilər üçün RF-də – “adi” birillik viza nəzərdə tutulurdu.
“Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmək məqsədi ilə vizanın yeni növü tətbiq edilir. Bu viza xarici vətəndaşa, onun rusdilli olması barədə qərara əsasən bir illik müddətə verilir”, - sənəddə deyilir.
Xarici vətəndaşlar Rusiya Federasiyasının vətəndaşlığını alan zaman xarici dövlət vətəndaşlığından imtina etməli olacaqlar. Sui-istifadənin qarşısını almaq üçün, əgər xarici vətəndaşlar iki il keçdikdən sonra RF vətəndaşlığına qəbul olmaq üçün ərizə ilə müraciət etməsələr yaşayış üçün icazə ləğv ediləcək.