Rusiya Dövlət Dumasının komitələri bu il Azərbaycanda və Qırğızıstanda birgə iclaslar keçirəcək.
Oxu.Az “Vestnik Kavkaza”ya istinadən xəbər verir ki, bu barədə Dumanın MDB ölkələri ilə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov bildirib.
Dövlət Duması 2017-ci il üçün federal büdcənin qəbulundan sonra beynəlxalq səfərlər planına düzəlişlər edib.
Dumanın Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski 2017-ci il üçün parlamentlərarası əməkdaşlıq prioritetlərinin MDB və BRİKS ölkələri olacağını söyləyib.
N.O.
www.oxu.az