Latviya Milli Silhalı Qüvvələrindən bildiriblər ki, ölkənin dəniz sərhədlərinə Rusiyanın iki hərbi gəmisi və bir sualtı qayığı yaxınlaşıb, Oxu.Az TASS-a istinadən xəbər verir.
“Bu gün Latviya dəniz sularında ölkə sərhədindən 20 mil məsafədə Rusiya Silahlı Qüvvələrinin "Kaştan", Strequyuşi" hərbi gəmiləri və "Kilo" sualtı qayığı aşkar edilib”, - hərbi qurumun məlumatında deyilir.
Ölkənin Müdafiə nazirliyinin məlumatına görə, Rusiya hərbi təyyarələri və gəmiləri 2015-ci ildə Latviya sərhədlərinə 270 dəfə, 2014-də isə 250 dəfədən çox yaxınlaşıblar.