Rusiya aviasiyası Suriyanın Deyr az Zor şəhərinə hücum etməyi planlaşdıran İŞİD terror qruplaşmasına zərbə endirib.
Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, aviazərbələr nəticəsində 180 silahlı məhv edilib. O cümlədən terror qruplaşmasının iki komandiri zərərsizləşdirilib.Bundan başqa terrorçular 18 ədəd avtomobil və xeyli zirehli texnika, artilleriya qurğusu itirib.
Öldürülən komandirlər Əbu Umar əl Beciki və Əbu Yasin əl Masri adlı şəxslərdir.
L.Ə.