Neft hasilatının dondurulması ilə bağlı Qətərin paytaxtı Dohada aprelin 17-də baş tutan görüşdə lazımi nəticə əldə edilmədikdən sonra Rusiya Energetika Nazirliyi hasilatın artırması imkanını görür.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika nazirinin müavini Kirill Molodtsov bildirib.
“Belə bir ehtimal var”, - o, sualı cavablandırarkən bildirib.
Molodtsov əlavə edib ki, “540 mln. ton ildə tam realdır”.