Yaxın saatlarda Ermənistan və Rusiya XİN rəhbərləri səviyyəsində Dağlıq Qarabağ məsələsi üzrə yeni təmaslarla bağlı məlumat veriləcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Təmaslar dayanmayıb. Fikrimcə, yaxın saatlarda biz daha bir təmas haqqında məlumat verə biləcəyik” - Zaxarova Moskvada jurnalistlərə bildirib.
“Xarici İşlər nazirliklərinin rəhbərləri səviyyəsində”, - o dəqiqləşdirib.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə etmək üçün aprelin 22-də Yerevana səfər edəcək.