Rusiya qoşunları Donetsk vilayətində daha bir yaşayış məntəqəsini nəzarətə götürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Silahlı Qüvvələr Lunaçarskoye kəndini nəzarətə alıb.
Xatırladaq ki, rusiyalı hərbçilər bundan əvvəl Donetsk vilayətindəki Yablonovka kəndini nəzarətə götürmüşdülər.