“Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətinin işğal altında olan Melitopol şəhərini özlərinin logistika mərkəzinə çeviriblər”.
Bu açıqlama ilə Melitopol şəhərinin meri İvan Fyodorov çıxış edib.
İ.Fyodorov bildirib ki, hazırda şəhərdə mülki şəxslərdən daha çox, hərbçilər var.
“Rusiya ordusu özünün maddi-texniki təminat mərkəzi kimi Melitopolu seçib”, - deyə İ.Fyoderov əlavə edib.
Mənbə: Unian