Rusiya Su-24 təyyarəsinin Türkiyə sərhədlərini keçmədiyini sübut edən bütün lazımi dəlillərə malikdir.
Oxu.Az xəbər verir ki, bu barədə cümə günü Rusiyanın Hava Kosmik Qüvvələrinin baş komandanının müavini Sergey Dronov bəyan edib.
“Hal-hazırda Rusiya təyyarəsinin Türkiyə sərhədlərini pozmadığına dair bütün lazımi dəlillər bazasına sahibik”, - Dronov Müdafiə Nazirliyinin brifinqində bildirib.
Rusiya və Türkiyə münasibətləri noyabrın 24-də Türkiyəyə məxsus F-16 qırıcısının Suriyada Rusiyaya məxsus Su-24 bombardmançısını vurduqdan sonra böhran yaşayır.
Rusiya prezidenti Vladimir Putin bunu terrorçuların vasitəçilərinin “arxadan vurduğu zərbə” adlandırıb.