Litvada NATO-nun hava məkanının patrulu üzrə missiyasının qırıcıları həyəcan siqnalı ilə havaya qaldırılıb.
Oxu.Az bildirir ki, bu barədə Litva Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, Litva Hərbi Hava Qüvvələri Kibartay ərazisində dövlət sərhədinin pozulduğunu qeydə alıblar:
"Rusiyanın "Su-30" və "İl-78" təyyarələri Litvanın hava məkanına daxil olublar və orada təqribən 18 saniyə qaldıqdan sonra tərk ediblər. İnsidentə cavab olaraq, İspaniyanın Hərbi Hava Qüvvələrinə məxsus iki "Eurofighter Typhoon" qırıcı təyyarəsi havaya qaldırılıb".