Rusiya – Ukrayna danışıqlarının ikinci raundu başa çatıb.
Bu barədə Ukrayna prezident ofisi sədrinin müşaviri Mixail Podolyak məlumat verib.
Podolyakın sözlərinə görə, tərəflər müvəqqəti atəşkəsi və humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər.
“Ukrayna nümayəndə heyəti gözlədiyi nəticəni əldə etməyib və dialoqu danışıqların üçüncü raundunda davam etdirəcək”, - deyə Podolyak bildirib.
Mənbə: TASS
19:09
Rusiya – Ukrayna danışıqlarının ikinci raundu keçirilir.
Bu barədə Ukrayna prezident ofisi sədrinin müşaviri Mixail Podolyak sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, gündəlikdəki əsas məsələlər dərhal atəşkəsin təmin edilməsi, sülh müqaviləsinin imzalanması, eləcə də atəşə tutulan şəhər və kəndlərdən mülki əhalinin evakuasiyası üçün humanitar dəhlizlərin açılmasıdır.
Start talking to Russian representatives. The key issues on the agenda:
— Михайло Подоляк (@Podolyak_M) March 3, 2022
1. Immediate ceasefire
2. Armistice
3. Humanitarian corridors for the evacuation of civilians from destroyed or constantly shelled villages/cities. pic.twitter.com/Pv0ISNjsod
16:10
Tərkibində parlamentarilər, məmurlar və prezident ofisinin təmsilçiləri olan Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlara yollanıb.
Bu barədə Ukrayna prezident ofisi sədrinin müşaviri Mixail Podolyak sosial şəbəkə hesabında paylaşım edib.
“Rusiya ilə danışıqlara yollanırıq. Artıq helikopterlərdəyik”, - deyə o qeyd edib.

14:12
Rusiya və Ukrayna arasında danışıqlar bu gün yerli vaxtla təxminən saat 15:00-da Belarusun Brest vilayətində baş tutacaq.
Danışıqların yeri və vaxtını Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski açıqlayıb.
Rusiya nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, Ukrayna ilə danışıqlarda atəşkəs məsələsi müzakirə olunacaq. Danışıqların ikinci mərhələsində Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib.
Mənbə: TASS