Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiyada 20 il əvvəl öldürülən jurnalistin sümüklərinin qalıqları tapıldı
Rusiyanın Sankt-Peterburq vilayətində 20 il əvvəl (2004-cü ildə) öldürülən jurnalist Maksim Maksimovun sümüklərinin qalıqları aşkar edilib.
Oxu.Az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, keçmiş polis zabiti Mixail Smirnov qətli etiraf edib.
"İstintaq zamanı keçmiş polis əməkdaşı Mixail Smirnov başqa bir şəxslə birgə jurnalistin öldürülməsinin səbəbləri ilə bağlı ifadə verib. Bu cinayətin səbəbi hüquq-mühafizə orqanları əməkdaşlarının qanunsuz hərəkətləri faktlarının işıqlandırılmasında jurnalistin peşəkar fəaliyyəti olub", - bəyanatda bildirilir.
Qeyd olunub ki, daxil olan məlumatı yoxlamaq üçün müstəntiqlər Smirnovun ifadəsinə görə öldürülən şəxsin cəsədinin basdırıldığı Beloostrov kəndində lazımi tədbirlər təşkil ediblər.
"Rusiya" teqi üzrə xəbərlər
- Rusiya və ABŞ nümayəndələrinin növbəti görüşü nə vaxt baş tutacaq? - Zaxarovadan AÇIQLAMA
- Ukraynada atəşkəs danışıqları: Rusiya ABŞ-dən nələri tələb edib?
- Peskovdan Ukraynada 30 günlük atəşkəs ilə bağlı bəyanata reaksiya
- Rusiyada pələng deputatı parçaladı
- Rusiya Kursk vilayətində beş yaşayış məntəqəsini nəzarətə götürdü