Rusiyanın Miqrasiya İdarəsi bu ölkədə qanunsuz yaşayan 4 erməni və 7 qırğızı saxlayıb. İvanova vilayətində sexlərin birində çalışan 11 qadın əvvəlcə idarənin əməkdaşlarına sənəd göstərməkdən imtina edib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, Suvorov kücəsindəki binanın zirzəmisini icarəyə götürən miqrantlar orada dərziliklə məşğul olublar.
Sahibi bəlli olmayan sexin əsas iş fəaliyyəti orta məktəblərə və restoranlara masa örtüyü tikməkdən ibarət olub. Burada maraqlı məqam isə özünü nəzarətçi kimi təqdim edən qadınlardan birinin kiməsə zəng edərək, azərbaycanca danışması olub.
Miqrasiya İdarəsi saxlanılan ermənilərin şəxsiyyət vəsiqələrinin onlarda olduğunu bildiriblər. Onların Qarabağ erməniləri olduğu, sexi işlədən sahibkarın isə azərbaycanlı olduğu ehtimal edilir.